Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Avropa Parlamentinin deputatı: “Aİ DQ probleminin hərbi yolla həllinə imkan verməyəcək”
14.10.10 18:27

Avropa Birliyi (Aİ) Dağlıq Qarabağ (DQ) probleminin hərbi yolla həll olunmasına heç vaxt imkan verməyəcək. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, bunları Avropa Parlamentinin deputatı İoannis Kasulides bəyan edib. O, qeyd edib ki, Aİ hər zaman bu problemin Azərbaycan və Ermənistan arasında qarşılıqlı razılaşma ilə həll olunmasının tərəfdarıdır. “Hesab edirəm bu ölkələr kənardan təzyiq altında yox, öz iradələri altında məsələni həll etməlidirlər. Aİ də daim bu ölkələrin əldə edəcəyi razılığı dəstəkləməyə hazırdır. Regionda iki ölkə arasında problem var - Azərbaycan və Ermənistan. Üçüncü dövlətin məsələyə heç bir aidiyyatı yoxdur”,-deyə avropalı diplomat vurğulayıb. Qeyd edək ki, İ.Kasulides regionda məsələ ilə bağlı Azərbaycan və Ermənistanı aidiyyatı tərəf kimi göstərməklə ermənilər tərəfindən qondarılımış “Dağlıq Qarabağ Respublikası”nın da qondarma olduğunu etiraf edib.
URL / WWW
http://kelam.az/article/a-2186.html