Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Rəsul Rzanın 100 illiyinə həsr olunmuş bədii qiraət müsabiqəsi keçiriləcək
15.10.10 02:34

Dekabrın 1-dən 3-dək Göyçay şəhərində Rəsul Rzanın 100 illiyinə həsr olunmuş “Deyilən söz yadigardır” V Respublika Bədii Qiraət Müsabiqəsi keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Müsabiqədə 18 yaşından 30 yaşınadək hər bir şəxs iştirak edə bilər. Fərdi şəkildə iştirak etmək istəyənlər yaşadıqları ərazidə, rayon (şəhər) mədəniyyət müəssisələrinin rəhbərlərinə müraciət etməlidirlər. Müsabiqə iki tur üzrə, seçim turu (2 gün) və final (1 gün) keçirilir. Iştirakçılar müsabiqəyə qəzəl, şer, mənsum şer, poema, hekayə ilə ilə bərabər Rəsul Rza poeziyasının nümunələrini də daxil etməlidirlər.
URL / WWW
http://kelam.az/article/a-2185.html