Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Məşhur Yaponiya müğənnisi Kieko Komanın Bakıda xeyriyyə konserti olacaq
14.10.10 03:07

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə oktyabrın 16-da Bakıda, “Yaşıl Teatr” Konsert Kompleksində məşhur Yaponiya müğənnisi Kieko Koma və onun başçılıq etdiyi ansamblın iştirakı ilə xeyriyyə konserti olacaq. Tədbirlə əlaqədar oktyabrın 14-də “Park İNN” otelinin “Natəvan” zalında mətbuat konfransı keçiriləcək. Bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyindən veriblər. Müğənni Kieko Komanın təmsil olunduğu “NPO KOMA” şirkəti müxtəlif ölkələrdə bu cür tədbirlər keçirir. Keçirilən konsertlər barədə həmin şirkət tərəfindən Yaponiya ictimaiyyəti arasında təbliğat işi aparılır, müxtəlif çap materialları, CD-lər hazırlanır, internet vasitəsilə yayımlanır. Sözügedən müğənni Kieko Koma həmçinin Koguryo Sülaləsinin Şahzadəsidir. Konsertdə onu məşhur Yaponiya pianoçusu İdaki Shin müşayiət edəcək.
URL / WWW
http://kelam.az/article/a-2181.html