Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » ADU-nun professoru ABŞ-da beynəlxalq konfransda iştirak edəcək
14.10.10 03:07

Azərbaycan Dillər Universitetinin (ADU) 1 saylı İngilis dili fakültəsinin dekanı, professor Əfqan Abdullayev Amerika Birləşmiş Ştatlarının nüfuzlu AACE – Təhsildə Kompüterin Tətbiqinin İnkişaf Etdirilməsi Assosasiyasının idarə heyətinin üzvü seçilib. Bu barədə məlumatı ADU-dan veriblər. Bu münasibətlə professor Ə. Abdullayev təşkilatın 18-22 oktyabr tarixlərində ABŞ-ın Florida Ştatının Orlando şəhərində keçiriləcək illik beynəlxalq konfransına dəvət alıb. Konfrans iştirakçıları “Ali təhsil sahəsində tədrisdə və idarəetmədə elektron vasitələrdən istifadə” mövzusunda müzakirələr aparacaq. Professor Ə. Abdullayev konfransda məruzə ilə çıxış edəcək. Qeyd edək ki, ADU-nun professoru keçmiş SSRİ ölkələrindən qurumun idarə heyətinə seçilən yeganə şəxsdir.
URL / WWW
http://kelam.az/article/a-2180.html