Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Mübariz Qurbanlı: “Ermənistanın işğal olunmuş ərazilərdə yaşayış məskənləri salması beynəlxalq hüquqa ziddir”
13.10.10 16:27

“Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan müxtəlif qanunsuz hərəkətlərə yol verir. Ermənilər tarixi abidələri dağıdır, ətraf mühiti çirkləndirir, ekoloji sistemi pozur və qanunsuz məskunlaşma yaratmağa cəhd göstərirlər. Bütün bunlar beynəlxalq huquq və prinsiplərə ziddir”. Bu fikirləri yap.org.az saytına açıqlamasında Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, deputat Mübariz Qurbanlı söyləyib. M.Qurbanlı bildirib ki, Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə bu və digər infrastrukturun yaradılması, xüsusilə yaşayış məskənlərinin salınmasına cəhd göstərilməsi bütövlükdə beynəlxalq hüquqa ziddir. “Çünki bu ərazilərlə əlaqədar danışıqlar prosesi gedir. Eyni zamanda, Azərbaycanın işğal olunmuş ərazilərinin qaytarılması ilə bağlı BMT, ATƏT səviyyəsində sənədlər qəbul edilib”,-deyən M.Qurbanlının fikrincə, belə bir şəraitdə Ermənistan hansısa məskən salırsa, bu, bütün hallarda danışıqlar prosesinin əleyhinə yönələn hərəkətdir. Azərbaycan tərəfi bunu qətiyyətlə pisləyir. M.Qurbanlının sözlərinə görə, qiymətləndirmə missiyasının deyəcəyi faktlar ATƏT çərçivəsində müzakirəyə çıxarıldıqda Azərbaycan tərəfinin deməyə kifayət qədər sözü olacaq.
URL / WWW
http://kelam.az/article/a-2179.html