Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Erməni sosioloq: “Qarabağ probleminin həlli kənar qüvvələrin diktəsi ilə alınmayacaq”
14.10.10 02:23

Qarabağ probleminin müzakirələrlə həlli Ermənistan və Azərbaycanın günahı ucbatından çıxılmaz vəziyyət halına gəlib. Məhz bu səhflər ucbatından “kələfin ucu” digər dövlətlərin əlinə keçib. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, bunları Ermənistanın Sosioloji Araşdırma Mərkəzinin sədri Aharon Adibeqyan söyləyib. O, qeyd edib ki, münaqişənin həllində Azərbaycan və Ermənistan qarşılıqlı kompromislərdə olmalı idilər. “Təəssüf ki, tərəflər doğru zamanda bunu bacarmadılar və regionda marağı olan qonşular da bundan istifadə edə bildirlər. Problemin həlli üçün Ermənistan öz kompromis yolunu, Azərbaycan da öz kompromis yolunu təyin etməlidir. Çünki, problem ətrafında regionda sakin olan və gələcəyə doğru inkişaf etmək istəyən bu iki dövlətdir. Əks halda kənar qüvvələrin diktəsi ilə bu ya alınmayacaq, alınsa da ömrü qısa olacaq”,-deyə erməni ekspert bəyan edib.
URL / WWW
http://kelam.az/article/a-2178.html