Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Qloballaşan Dünyaya İnteqrasiya” İB gəncləri təlimatlandırır
12.10.10 17:31

“Qloballaşan Dünyaya İnteqrasiya” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə sistemli çatdırılmasında gənclərin və digər vacib tərəflərin virtual məkanda səfərbər edilməsi” layihəsi çərçivəsində “Sosial şəbəkələrdə aktiv olan gənclərin Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün hazırlanması” mövzusunda təlimlər başlayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya İctimai Birlikdən veriblər.Təlimin açılışında “Qloballaşan Dünyaya İnteqrasiya” İB-in sədri İlkin Ağayev həyata keçirilən layihə və eləcə də bu çərçivədəki təlim barədə iştirakçılara ətraflı məlumat verib. Daha sonra isə yuxarıda qeyd edilən mövzuda gənclər üçün təlimə başlanılıb. Qeyd edək ki, təlimlər bu gün də davam edəcək. Təlimlərdə müxtəlif universitetləri təmsil edən tələbələr iştirak edir. Bundan başqa təlimin açılışına bir sıra QHT və KİV nümayəndələri də qatılıb. Təlimlər “İRƏLİ” İB-in İKT mərkəzində, həmin mərkəzin peşəkar təlimçiləri tərəfindən keçilir.
URL / WWW
http://kelam.az/article/a-2174.html