Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Elmar Məmmədyarov Meksika və Bosniya və Herseqovina səfirlərini qəbul edib
12.10.10 17:31

Xarici işlər naziri Elmar Məmmədyarov iqamətgahı Ankara şəhərində yerləşən Meksika Birləşmiş Ştatlarının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Jaime Enrike İnosensio Qarsiya Amaralanı qəbul edib. Bu barədə məlumaitı KƏLAMİNFO-ya XİN-nin mətbuat xidmətindən veriblər.Etimadnamənin surətini təqdim edən Jaime Enrike İnosensio Qarsiya Amarala ölkəmizə səfir təyin olunmasından məmnun olduğunu qeyd edib. Ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayan qonaq Meksika-Azərbaycan əlaqələrinin dərinləşməsi istiqamətində çalışacağını bildirib. E.Məmmədyarov ölkəmizə səfir təyin olunması münasibətilə meksikalı diplomatı təbrik edib və işlərində müvəffəqiyyətlər arzulayıb. E.Məmmədyarov həmçinin iqamətgahı Ankara şəhərində yerləşən Bosniya və Herseqovinanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Draqolyub Lyepoyayanı qəbul edib. Etimadnamənin surətini təqdim edən D.Lyepoyaya ölkəmizə səfir təyin olunmasından məmnun olduğunu qeyd edib. Ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayan qonaq Bosniya və Herseqovina-Azərbaycan əlaqələrinin dərinləşməsi istiqamətində çalışacağını bildirib. E.Məmmədyarov ölkəmizə səfir təyin olunması münasibətilə D.Lyepoyayanı təbrik edib və işlərində müvəffəqiyyətlər arzulayıb.
URL / WWW
http://kelam.az/article/a-2173.html