Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Politoloq Rasim Ağayev: “Ermənilərin Bakı səfəri önəmli deyil”
12.10.10 17:31

Ermənistanın “Daşnaksütyun” partiyasının Bakıda keçirilən beynəlxalq konfransa qatılması presidenti olmayan bir hadisədir. Bu barədə KƏLAMİNFO-ya politoloq Rasim Ağayev şərh verib. O, qeyd edib ki, belə hallarda dövlət nümayəndələri tərəfindən müəyyən məqamlara aydınlıq gətirilir. “Ona görə ki, Azərbaycan və Ermənistan müharibə vəziyyətindədirlər. Vaxtilə Ermənistan Azərbaycanla müharibə etdiyini inkar etsə də, 1994-cü ildə faktiki olaraq Ermənistan Azərbaycanla atəşkəs sazişi bağlayıb. “Daşnaksütyun” partiyası Qarabağ müharibəsi zamanı təkbaşına Dağlıq Qarabağda (DQ) ermənilərin yaşadığı ərazidə siyasi və hərbi ab-havanı müəyyən edirdi. “Daşnaksütyun”un hərbi dəstələri DQ-da döyüşlərdə iştirak edirdi və hələ də orada yerləşirlər. Təbii ki, bütün bu məqamlar Azərbaycan cəmiyyətində sual doğurur, narahatlıqla qarşılanır. Eyni zamanda nəzərə almaq lazımdır ki, Sosintern dünyanın ən nüfuzlu və möhtəşəm beynəlxalq təşkilatlarından biridir və nə qədər acı olsa da “Daşnaksütyun” onun ilk üzvlərindən olub. Azərbaycan Avropa Şurası qarşısında, ümumavropa qurumlarında iştirak etməyi öhdəlik götürüb. Bu baxımdan Sosinternin Bakıda keçirdiyi tədbir Azərbaycanın nüfuzunun artırılmasında önəmli rol oynayır. Əgər nəzərə alsaq ki, Sosinternə üzv olan partiyaların əksəriyyəti çox nüfuzlu dövlətlərdə iqtidardadır, onda bu qurumun Bakıda keçirdiyi tədbirin, Azərbaycanın dünyadakı siyasi çəkisinin artırılması baxımından daha önəmli olduğunu görərik, nəinki daşnakların Bakıya səfərinin”,-deyə politoloq açıqlayıb. Qeyd edək ki, Bakıda Sosinternin (Sosialist İnternasionalının) MDB, Qafqaz və Qara dəniz üzrə komitəsinin konfransı öz işinə başlayıb. Konfransda iştirak etmək üçün Ermənistanın “Daşnaksütyun” partiyasının iki nümayəndəsi Bakıdadır.
URL / WWW
http://kelam.az/article/a-2172.html