Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Geologiya İnstitutunun alimləri beynəlxalq konqresdə iştirak ediblər
13.10.10 03:31

Azərbaycandan bir qrup geoloq-alim Argentinanın Mendoza şəhərində keçirilmiş XVIII Beynəlxalq Sedimentoloji Konqresdə iştirak edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun mətbuat xidmətindən veriblər. Beynəlxalq Sedimentalogiyaçılar Assosiasiyası tərəfindən təşkil olunub tədbirdə akademiklər Akif Əlizadə və İbrahim Quliyev, geologiya-mineralogiya elmləri doktoru Elmira Əliyeva və geologiya-mineralogiya elmləri namizədi Dadaş Hüseynov Azəörbaycanda sedimentalogiya istiqamətindəki tədqiqatlardan məlumat veriblər. Geoloqlar Milli Elmlər Akademiyası Geologiya İnstitutunun nəşri olan “Neftli-qazlı hövzələrin stratiqrafiyası və sedimentalogiyası” adlı beynəlxalq elmi jurnalı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərbaycan Neft Təsərrüfatı” jurnalını tədbir iştirakçılarına təqdim ediblər. Alimlərin “Cənubi Xəzər hövzəsinin Kür çayının deltasında holosen çöküntütoplanması və üzvü karbonun dövrüyyəsi”, “Xəzər dənizində iqlimdən aslı olaraq terrigen süxurlarının pleystosendə çöküntü ritmləri” və “Cənubi Xəzərin aşağı pliosen çöküntütoplanma şəraitinin evaporitlərdə kükürd izotopunun əsasında bərpası” mövzularında elmi məruzələri böyük maraqla qarşılanıb.
URL / WWW
http://kelam.az/article/a-2170.html