Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Bu gün MDB-yə üzv ölkələrin ekspert qrupunun iclası başlayır
12.10.10 17:31

Bu gün Minskdə MDB-yə üzvü ölkələrin əməyin normallaşdırılması sahəsində ekspert qrupunun iclası öz işinə başlayıb. KƏLAMİNFO xəbər verir ki, iclas əməkdaşlığın Konseptual Əsaslarının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Əsas Tədbirlər Planının layihəsinin tamamlanması üzrə baş tutur. MDB ölkələrinin hökumətlərinə müraciətlər həmin Planın layihəsinə dair öz təkliflərini qurumun İcraiyyə Komitəsinə təqdim etmələri xahiş olunub. Ekspertlərin keçirilən iclasında həmin dövlətlərdən alınmış təkliflərin müzakirə edilməsi nəzərdə tutulur. Eyni zamanda MDB-nin üzvü olan dövlətlər əməyin normallaşdırılması sahəsində birgə proqramlar işləyib hazırlayacaq və bu sahədə kadrların ixtisasının artırılmasını təşkil edəcəklər. MDB ölkələrinin dövlət idarəetmə orqanları və təsərrüfat subyektləri üçün əməyin normallaşdırılması sahəsində məsləhət xidmətləri göstərən sistem yaradılacaq. İclas sabah da davam edəcək.
URL / WWW
http://kelam.az/article/a-2169.html