Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Politoloq Fikrət Sadıxov: “Azərbaycan və İran müdafiə nazirlərinin görüşündən Tehran ciddi nəticə çıxarmalıdır”
13.10.10 02:30

Tehran Azərbaycan müdafiə nazirinin İrandan olan həmkarı ilə görüşü zamanı ilk dəfə olaraq rəsmi masada üstörtülü verilən bəyanatdan ciddi nəticə çıxarmalıdır. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində politoloq Fikrət Sadıxov şərh verib. Politoloqun fikirincə, müdafiə naziri Səfər Əbiyevin iranlı həmkarı Əhməd Vahidi ilə görüşü zamanı “bəzi ölkələr sözdə Azərbaycana dost və qardaş olduqlarını bəyan etsələr də, işğalçı Ermənistana iqtisadi və hərbi yardım göstərirlər” ifadəsi sırf İran və Rusiyaya aiddir. “Bu ilk dəfə olaraq diplomatik görüşdə hərbi nazirlər səviyyəsində İrana edilən xəbərdarlıq formasıdır və eyni zamanda artıq Azərbaycanın kifayət qədər güclü olmasından xəbər verir. Həmçinin, heç də nəzərdən qaçırmaq lazım deyil ki, Əhməd Vahidini Səfər Əbiyev özü Bakıya dəvət eləyib. Azərbaycanın İranla tarixi və mədəni yaxınlığı var. Ona görə də İranın xarici siyasətində Ermənistanla həyata keçirdiyi hərbi və iqtisadi layihələr Azərbaycan tərəfdən bağışlanmazdır. Azərbaycan bunu dəfələrlə bəyan edib, lakin bu dəfə ilk olaraq rəsmi masada xəbərdarlıq formasında üzbəüz elan olundu. Hesab edirəm ki, beynəlxalq aləmdə ciddi məhdudiyyətlərlə üzləşən İran bundan ciddi nəticə çıxartmalıdır”,-deyə politoloq açıqlayıb.
URL / WWW
http://kelam.az/article/a-2167.html