Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Namik Tan: “İrana qarşı qüvvə tətbiq olunarsa ən çox zərər çəkən Türkiyə olacaq”
13.10.10 03:29

İrana qarşı tətbiq olunan sanksiyalar, ya da hər hansı qüvvədən qəfil istifadə edildikdə bundan ən çox zərər çəkən Türkiyə olacaq. Əgər Ankaradan bu yükü çəkməyi istəyirlərsə, ona İranla effektiv dialoq aparmağa imkan da verilməlidir. KƏLAMİNFO rus mətbuatına istinadən xəbər verir ki, bunları Türkiyənin ABŞ-da olan səfiri Namik Tan bəyan edib. N.Tan qeyd edib ki, ABŞ belə məqamlarda öz strateji tərəfdaşını nəzərə almalıdır. “Türkiyə İranın düz yanındadır, ABŞ kimi 10 min km uzaqda neytral bir ərazidə yaşamır. Iran liderlərinin Türkiyənin regionda nüfuzunun artmasına həsəd etməsinə baxmayaraq, Tehran Türkiyəyə ümumilikdə müsbət qüvvə kimi baxır. İran Rusiyadan sonra Türkiyəni təbii qazla təmin edən ikinci ölkədir. Türkiyə həm də NATO-nun və müəyyən mənada İsrailin İranın sərhədlərinə yaxınlaşmamasında bufer rolunu oynayır”,-deyə səfir vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-2165.html