Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » GVB məktəblərlə bağlı daha bir layihəsini reallaşdırıb
11.10.10 18:21

Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə “Məktəblərdə fiziki hazırlıq üzrə tədrisin keyfiyyətinin yüksəldilməsi üzrə yeni təşəbbüslər” adlı layihə əsasında Təhsil Nazirliyinin Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyyatları Uşaq Gənclər Məktəbində “İdman texnikası təliminin fizioloji cəhətdən əsaslandırılması prinsipləri” mövzusunda elmi-praktik konfrans keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya GVB-dən veriblər. Tədbirdə çıxış edən İB-in fiziki və psixoloji hazırlıq şöbəsinin müdiri, idman ustası İskəndər Əliyev bildirib ki, idman texnikası təliminin səmərəliliyi bir sıra pedoqoji prinsiplərin təlimi ilə sıx əlaqədardır. Onun sözlərinə görə, bunlara riayət etmək üçün orqanizmin fizioloji qanunauyğunluqları, xususilə, sinir əzələ sistemləri ilə əlaqədar onları nəzərə almaq lazımdır. Təhsil Nazirliyinin Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyyatları Uşaq Gənclər Məktəbinin direktoru O.Məmmədli bildirib ki, bu seminar və təlimlərin keçirilməsi həqiqətən yeniyetmə və gənclərin tədrisdə yeni metodların tədbiq olunmasına, maariflənməsinə və məşq vaxtı tədbiq olunmasına, gənclərimizin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi və vətənin müdafiəsinə hazırlanmasında kömək edəcək.
URL / WWW
http://kelam.az/article/a-2162.html