Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » DSMF-da qeydiyyata alınan əcnəbilərin sayı 9430 nəfərə yüksəlib
12.10.10 02:20

Bu ilin 9 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 17,4% artıb. Fondun mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, car ilin oktyabrın 1-nə olan statistikaya əsasən DSMF tərəfindən əlavə olaraq 1 401 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb. Beləliklə, fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 9430 nəfərə yüksəlib. Ümumilikdə 91 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında Türkiyə vətəndaşları çoxluq təşkil edir- 5318 nəfər. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı isə 1334 nəfərə çatıb. Üçüncü yerdə gələn Rusiya Federasiyasınin vətəndaşlarının sayı isə hazırda 598 nəfər təşkil edir. Sonrakı yerlərdə İran İslam Respublikası (306), Hindistan (248), Çin Xalq Respublikası (141), Bosniya və Hersoqovina (125), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (90), Ukrayna (86), Filippin (84), Pakistan İslam Respublikası (81), Malayziya (80), Qazaxıstan (73), Özbəkistan (71), Almaniya (61), Türkmənistan (55), İtaliya (50), ABŞ (49) və s. ölkələr gəlir. Qeyd edək ki, 2006-cı ilin yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesinə başlanılıb. Hazırda dövlət sosial sığorta sistemində fərdi uçotun daha da inkişafı üçün həyata keçiriən tədbirlərin istiqamətlərindən biri kimi Azərbaycan mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması davam etdirilməkdədir.
URL / WWW
http://kelam.az/article/a-2160.html