Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Qafqaz Universitetində beynəlxalq konfrans keçiriləcək
11.10.10 18:17

Oktyabrın 15-17-i tarixlərində Qafqaz Universitetində “Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya” mövzusunda III beynəlxalq konfrans keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Qafqaz Universitetindən veriblər. Konfransın məqsədi qlobal dünya şərtlərində ortaq tarixi və mədəniyyəti bölüşən Qafqaz və Mərkəzi Asiya cəmiyyətlərinin müxtəlif universitet, akademiya və institutlarında fəaliyyət göstərən elm adamlarını bir araya gətirmək, bu sahədə Qafqaz və Mərkəzi Asiya regionunun mövcud şərtlərini, qarşılaşdıqları problemləri təhlil etmək, ortaq problemlərin müzakirə olunmasını və onların həlli yolları üçün təkliflər irəli sürülməsini təmin etməkdir. Qeyd edək ki, konfransda ABŞ, İran, Almaniya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və digər ölkələrin alimləri iştirak edəcək.
URL / WWW
http://kelam.az/article/a-2158.html