Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bu gün imzatoplama kampaniyası başa çatır
08.10.10 17:37

Noyabrın 7-də keçiriləcək parlament seçkilərində iştirak etmək istəyən namizədlər üçün imzatoplama kampaniyası bu gün saat 18-00 da başa çatacaq. KƏLAMİNFO MSK-nın saytına istinadən xəbər verir ki, Seçki Məcəlləsinin 58.1 , 94.3.1 maddələrə əsasən sentyabrın 18-dən başlanan imzatoplama kampaniyası bu gün sona çatır. Namizədliyin qeydə alınması üçün zəruri seçki sənədlərinin və birinci ilkin maliyyə hesabatının təqdim edilməsi üçün cəmi bir neçə saat qalıb. Sənədləri və seçici imzalarını namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi DSK-lara təqdim edə bilərlər. Qeyd edək ki, bu günədək 125 seçki dairəsi üzrə 1 369 nəfər dairə seçki komissiyalarından imza vərəqələri götürüb. İndiyədək 392 nəfərin namizədliyi qeydə alınıb. Növbəti parlament seçkilərinə isə cəmi 29 gün qalıb.
URL / WWW
http://kelam.az/article/a-2155.html