Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » PA-nın rəsmisi: “Azərbaycanda Türkiyə bayrağına böyük hörmət var”
09.10.10 03:36

Azərbaycanda heç bir zaman Türkiyə bayrağına hörmətsizlik olunmayıb. Təəssüf ki, bəzi mətbuat orqanları Azərbaycanla Türkiyə arasında olan dostluq və qardaşlıq əlaqələrinə məqsədyönlü şəkildə xələl gətirmək üçün bu cür vasitələrdən istifadə edirlər. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Prezident Administirasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdüri Əli Həsənov bildirib. O, qeyd edib ki, iki ölkə arasındakı qardaşlıq münasibətlərini zaman-zaman ayrı-ayrı ölkələrin maraqlı dairələri, anti-türk qüvvələr pozmağa çalışırlar. “Bəzi qüvvələr bu sahədə müxtəlif tədbirlər keçirməkdə davam edirlər. Təssüf ki, belə tədbirlərin müəyyən şaxələri Azərbaycana da gəlir və bəzi mətbuatlara da yol tapır. Bunlardan biri də Türkiyə bayrağı ilə bağlı yayılan şayələrdir. Azərbaycanda keçmişdə də, indi də, gələcəkdə də Türkiyə bayrağına böyük hörmət və ehtiram olub. Sadəcə ayrı-ayrı maraqlı qüvvələr var ki, həm Türkiyədə Azərbaycan bayrağına qarşı, həm də Azərbaycanda Türkiyə bayrağı ilə bağlı bu tipli informasiyaları yaymaqla iki ölkə arasında münasibətləri korlamağa çalşırlar. Ona görə də Azərbaycanda Türkiyə bayraqlarının haradansa yığışdırlması faktının heç bir əsası yoxdur. Bu bir qəzetin kənaq qüvvələrin təsiri altında yaydığı dezinformasoyadır”,-deyə PA-nın rəsmisi vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-2153.html