Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “ELS” MAM seçkilərdə qadınların fəallığını artırmağa çalışır
09.10.10 03:34

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi oktyabrın 12-də “Caspian Plaza” Biznes mərkəzində ABŞ-ın Azərbaycandakı səfirliyinin Demokratiya Komissiyasının Kiçik Qrantlar Proqramının dəstəyi ilə həyata keçirdiyi “2010-cu il parlament seçkiləri ərəfəsində qadınların seçici fəallığının artırılması” layihəsinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirəcək. “ELS” MAM-dən KƏLAMİNFO-ya verilən məlumata görə, tədbirdə Prezident Administrasiyası, Milli Məclis üzvləri, Mərkəzi Seçki Komissiyası, Ombudsman Aparatı, yerli QHT-lərin, beynəlxalq təşkilatların rəsmiləri, habelə KİV təmsilçilərinin iştirakı nəzərdə tutulub. Tədbirin keçirilməsində məqsəd seçicilərin hüquqi maarifləndirilməsi, bu istiqamətdə fəaliyyət göstərən beynəlxalq təşkilatların təcrübəsindən bəhrələnməklə Azərbaycanda vətəndaş fəallığının stimullaşdırılması və qadınların ictimai həyatda iştirak səviyyəsinin artırılmasına həsr olunan layihənin yekunları barədə məlumatın verilməsidir. Qeyd edək ki, “ELS” Müstəqil Araşdırmalar Mərkəzi artıq 5 ildir ki, Azərbaycanda keçirilən seçkilərlə bağlı fəaliyyət göstərir. Seçki zamanı “exit-poll” və “quick count” tədqiqatları, seçicilər tərəfindən seçkilərə marağın artırılması, seçkilərdə daha fəal iştirak etmələri məqsədilə seçki ərəfəsində maarifləndirmə işləri aparılır. Bütün dünyada mövcud olan qadınların, xüsusən də regionlarda yaşayanların seçici fəallığının nisbətən aşağı olmasını nəzərə alaraq Mərkəz ölkəmizin ictimai-siyası həyatında əhəmiyyətli yer tutan Milli Məclis seçkiləri ərəfəsində qadınların seçkilərdə iştirakı ilə bağlı tədbirlərin keçirilməsini vacib hesab edir.
URL / WWW
http://kelam.az/article/a-2152.html