Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » AŞ PA Ermənistanı azərbaycanlı hərbçilərin meyitlərini Azərbaycana qaytarmağa çağıran sənəd qəbul edib
07.10.10 20:42

AŞ PA-nın payız sessiyasının üçüncü iş günüdə Ermənistanın Azərbaycan ordusunun giziri Mübariz İbrahimov və zabit Fərid Əhmədovun cəsədlərinin Azərbaycana qaytarılmasına çağıran sənəd qəbul edilib. KƏLAMİNFO xəbər verir ki, AŞ PA-da Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva tərəfindən hazırlanan və yazılı bəyannamə şəklində tərtib olunmuş "Azərbaycan hərbçiərinin cəsədlərinin ölkələrinə qaytarılmasının vacibliyi" adlanan bu sənəd ingilis, fransız dillərində nəşr edilərək Avropa Şurasında yayılıb. Sənədi AŞ -yə üzv olan müxtəlif ölkələrin millət vəkilləri imzalayıb. AŞ PA-nın nizamnaməsinə uyğun olaraq, yazılı bəyannamələr yalnız nəşr edilərək yayılmır, həm də Rəyasət Heyəti tərəfindən plenar iclasda elan edilir. Əgər sessiya ərzində imzası ilə sənədə tərəfdar çıxan başqa deputatlar olursa, bu halda yazılı bəyannamə həmin imzalar da əlavə edilməklə, yenidən kütləvi tirajla nəşr edilir. "AŞ PA-nın qəbul etdiyi yazılı bəyannamədə bildirilir ki, 18 iyun 2010-cu il tarixində Ermənistan Silahlı Qüvvələrinin işğal etdikləri Azərbaycan bölgələrində qurduqları mövqelərindən atəşkəs rejimini pozaraq Azərbaycan mövqelərinə hücumunun qarşısını alarkən, dəf edərkən Azərbaycan ordusunun giziri Mübariz İbrahimov Ermənistan hərbçiləri tərəfindən qətlə yetirilmişdir (şəhid olmuşdur). Ermənistan tərəfi Mübariz İbrahimovun cəsədinin Azərbaycana qaytarmaqdan imtina etmiş, bir neçə gün sonra isə onun cəsədinin şəkillərini internet səhifələrində yerləşdirmişlər. Həmin hadisədən bu günə qədər Ermənistan hökuməti Azərbaycan dövlətinin, Qızıl Xaç Cəmiyyətinin səylərinə baxmayaraq Mübariz İbrahimovun cəsədin geri qaytarmaqdan imtina edirlər",-deyə yazılı bəyannamədə bildirilir. Yazılı bəyannamədə Azərbaycan ordusunun digər bir şəhidi Fərid Əhmədovun adı da vurğulanır. "4 sentyabr 2010-cu il tarixində Ermənistan Silahlı Qüvvələrinin işğal etdikləri Azərbaycan bölgələrində qurduqları mövqelərindən atəşkəs rejimini pozaraq Azərbaycanın mövqelərinə hücumunun qarşısını alarkən, dəf edərkən Azərbaycan ordusunun zabiti Fərid Əhmədov Ermənistan hərbçiləri tərəfindən qətlə yetirilmişdir (şəhid olmuşdur). Ermənistan dövləti onun da cəsədini bu güə qədər Azərbaycana qaytarmaqdan imtina edir",-deyə sənəddə qeyd edilir. Sənəddə o da vurğulanır ki, Ermənistan tərəfi gizir Mübariz İbrahimovun və zabit Fərid Əhmədovun cəsədlərinin onlarda olması faktını BQXK-nin rəsmilərinin regiona səfəri zamanı təsdiqləyib. AŞ PA-nın qəbul etdiyi bu yazılı bəyannamə qurumun iclasında sədr tərəfindən deputatlara elan olunub.
URL / WWW
http://kelam.az/article/a-2151.html