Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » ATƏT Azərbaycanın nəzarətində olan ərazilərdə də faktaraşdırıcı missiya həyata keçirəcək
08.10.10 02:42

ATƏT-in qiymətləndirici missiyasının növbəti mərhələsinin predmeti Dağlıq Qarabağın Azərbaycanın nəzarəti altında olan ərazinin araşdırılması olacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Ermənistan prezidentinin mətbuat xidməti yayıb. Məlumata görə, bu barədə öz niyyətlərini ötən gün Ermənistan prezidenti Serj Sarkisyanla görüşündə ATƏT-in Minsk qrupunun həmsədrləri -Bernar Fasye (Fransa), Robert Bradtke (ABŞ) və İqor Popov (Rusiya) və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik İrəvanda Serj Sarkisyanla görüşündə bildiriblər. Həmsədrlər Ermənistan prezidentinə ATƏT-in qiymətləndirici missiyasının Qarabağ münaqişəsi zonasındakı proqramını və Azərbaycanda keçirdikləri danışıqların nəticələrini təqdim ediblər. Həmsədrlər bildiriblər ki, mümkün olan kimi onlar Naxçıvanda dağıdılmış Cuqi qəbristanlığına baş çəkəcəklər. Panorama.am xəbər verir ki, S.Sarkisyan ATƏT-in səhra missiyasının başa çatdıqdan sonra obyektiv hesabat təqdim edilməsinin vacibliyini qeyd edib. Qeyd edək ki, bu dəfəki missiya Dağlıq Qarabağ ətrafında işğal olunmuş rayonları əhatə edir.
URL / WWW
http://kelam.az/article/a-2147.html