Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Bakıda beynəlxalq təhsil və karyera sərgisi keçirilir
07.10.10 20:42

Bu gün Təhsil Nazirliyinin dəstəyi və İtesa Caspian MMC-nin təşkilatçılığı ilə Bakı Ekspo Sərgi və Təhsil Mərkəzində 4-cü Beynəlxalq təhsil və karyera sərgisi işə başlayıb. KƏLAMİNFO xəbər verir ki, sərgidə təhsil naziri Misir Mərdanov, bir sıra universitetlərin rektorları, professor-müəllim heyəti, müxtəlif təşkilatlar və ictimaiyyət numayəndələri iştirak edir. Sərgidə Azərbaycan, Türkiyə, Koreya, Rusiya, Böyük Britaniya, ABŞ, Macarıstan, Almaniya, Yunanıstan, İspaniya, Kanada, İsveçrə, BƏƏ ölkələrinin müxtəlif universitetləri ödənişi və ödənişsiz fakültələr, kurslar təklif edir. Bundan əlavə, sərgidə bir sıra təşkilatlar da öz məhsullarını təklif edirlər. Üç gün davam edəcək sərgidə dünyanın 15 ölkəsindən 90-a yaxın ali təhsil ocağı və təşkilat işitirak edəcək. Sərgi oktyabrın 9-da başa çatacaq. Qeyd edək ki, təhsil naziri M.Mərdanov sərgi ilə tanış olandan sonra münasibətini açıqlayıb. “Sevindirici haldır ki, bu sərgidə Azərbaycanın özəl universitetləri də iştirak edir. Ancaq çox təəssüf edirəm ki, bu sərgidə bütövlükdə təhsil müəssisələrimiz iştirak etmir. Bu gün Azərbaycanda 50-ə yaxın universitet var. Sərgidə mən onlardan cəmi ikisini gördüm. Bu, əlbəttə təəssüfedici haldır. Hesab edirəm ki, bu, onunla bağlıdır ki, hələlik cəmiyyətimizdə reklamın mənasını dərindən başa duşmürlər. Mənə belə gəlir ki, zaman keçdikcə bu da dücələcək”,-deyə M.Mərdanov sərgiyə münasibət bildirib.
URL / WWW
http://kelam.az/article/a-2146.html