Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Misir Mərdanov Gürcüstandakı azərbaycanlı müəllimlərin ixtisarına münasibət bildirib
07.10.10 20:42

Gürcüstanın təhsil naziri Dmitri Şaşkinin Azərbaycana səfəri gözlənilir. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə təhsil naziri Misir Mərdanov verib. M.Mərdanov qeyd edib ki, səfər zamanı iki ölkə arasında təhsil sahəsindəki bütün problemlər müzakirə ediləcək. M.Mərdanov Gürcüstandakı orta məktəblərdə azərbaycanlı müəllimlərin ixtisar edilməsi məsələsinə də münasibət bildirib. “Bu yaxınlarda Gürcüstanda səfərdə idim. Səfər zamanı Tbilisidə tədrisin Azərbaycan dilində aparıldığı məktəbdə oldum. Dmanisi, Marneuli rayonlarındakı məktəblərlə də tanış olmuşam. Gürcüstanın təhsil naziri mənə məlumat verdi ki, onlar 1 il ərzində 14 min orta məktəb müəllimini ixtisar ediblər. Şübhəsiz, onların arasında azərbaycanlı müəllimlər də var. Amma bu gün Gürcüstan müstəqil dövlətdir, biz onların daxili işlərinə qarışa bilmərik”,-deyə M.Mərdanov məsələyə aydınlıq gətirib.
URL / WWW
http://kelam.az/article/a-2145.html