Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Mədəniyyət və Turizm Nazirliyi vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı müsahibə elan edir
08.10.10 03:41

Mədəniyyət və Turizm Nazirliyi vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı müsahibə elan edir. Nazirliyin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Mədəniyyət və Turizm Nazirliyinin dövlət qulluqçuları iştirak edə bilərlər. Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir: ərizə (2 nömrəli əlavə), ağ fonda rəngli fotoşəkil 1 ədəd ( 3 x 4 sm ölçüdə). Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu oktyabrın 5-dən 19-dək Mədəniyyət və Turizm Nazirliyinin Kadrlar şöbəsi tərəfindən aparılır. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00 dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər. Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.
URL / WWW
http://kelam.az/article/a-2142.html