Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK-da növbəti elmi-metodiki seminar keçirilib
06.11.09 02:55

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) İngilis dili fənni üzrə növbəti elmi-metodiki seminar keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. Seminar iclasında statistik məlumatlardan da istifadə etməklə 2009-cu ildə magistraturaya qəbul imtahanlarında təklif olunan test tapşırıqlarının elmi-metodiki təhlilinə başlanılıb. Müzakirələr zamanı “A” variantında təklif olunmuş test tapşırıqlarının qəbul proqramına uyğun şəkildə tərtib edildiyi və bu proqramda verilmiş dərsliklər və dərs vəsaitləri çərçivəsindən kənara çıxmadığı qeyd edilib. Test bloku içərisində bakalavrların düzgün cavab verməkdə çətinlik çəkdiyi və cavab verməkdən imtina etdiyi test tapşırıqları müəyyənləşdirilərək təhlil edilib, bunların səbəblərinin müəyyən edilməsi istiqamətində müzakirələr aparılıb. Müzakirələr göstərib ki, tərcümə ilə əlaqədar test tapşırıqlarına bakalavrların çox hissəsi düzgün cavab verib. Seminarda qərara alınıb ki, magistraturaya qəbul imtahanlarında təklif olunmuş digər variantlardakı test tapşırıqlarının elmi-metodiki təhlili növbəti seminar iclasında da davam etdirilsin.
URL / WWW
http://kelam.az/article/a-214.html