Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » BDU-nun professoru Ukraynada olub
07.10.10 02:35

Bu günlərdə Ukraynanın Odessa şəhərində astronomiya üzrə dəyişən ulduzlar sahəsində növbəti beynəlxalq elmi konfrans keçirilib. Bakı Dövlət Universitetinin (BDU) mətbuat və informasiya şöbəsinin rəhbəri Pərvanə İbrahimovanın KƏLAMİNFO-ya verdiyi məlumata görə, dörd ildən bir keçirilən konfransda keçmiş SSRİ ərazisində olan ölkələrin alimləri ilə yanaşı, Şərqi və Qərbi Avropa, Amerika və Afrika astronomları da iştirak ediblər. Təşkilat komitəsinin hazırladığı proqrama əsasən, konfrans iclaslarının birini BDU-nun astofizika kafedrasının professoru, AMEA ŞAR-ın baş elmi işçisi Nəriman İsmayılov idarə edib. Konfransda həmçinin ölkəmizi iki gənc aspirant – Həmayil Adıgözəlzadə və Orxan Xəlilov da təmsil edib. toplantıda azərbaycanlı alimlərin son 10 ildə xaricdə çap olunan elmi məqalələrinin əksəriyyətində alınan mühüm nəticələr xüsusilə qeyd edilib. Onların spektral və fotometrik tədqiqatları göstərib ki, bu ulduzların ulduzətrafı disklərində yenicə formalaşmaqda olan cisimlər - protoulduzlar və ya protoplanetlər mövcuddur. Alimlərimiz ilk dəfə göstərib ki, belə cisimlərin cavan ulduz disklərində mövcud olması onlarda müşahidə olunan parlaqlığın və spektral parametrlərin periodik olaraq dəyişməsinə gətirib çıxarır. Polyak və macar astronomları gələcək konfransların Azərbaycanda keçirilməsinə maraqlı olduqlarını bildiriblər.
URL / WWW
http://kelam.az/article/a-2138.html