Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Polşadan olan Voysex Savitski AŞ PA-a yeni Baş katib seçilib
07.10.10 02:48

Payız sessiyasının ikinci iş günündə Avropa Şurası Parlament Assambleyası (AŞ PA) qurumun Baş katibi postuna seçkilər keçirib. KƏLAMİNFO xəbər verir ki, səsvermədə 246 deputat iştirak edib. Polşadan olan Voysex Savitski lehinə verilən 151 səslə AŞ PA-nın yeni Baş kaibi seçilib. Bu posta seçilmək üçün 122 əksər səsçoxluğu tələb olunurdu. Səsvermənin nəticələrini AŞ PA sədri Mövlud Çavuşoğlu elan edib. V.Savitski 2006-cı ilin may ayından AŞ PA Baş katibinin müavini vəzifəsini icra edir. Yeni Baş katib beş il müddətinə seçilib və səlahiyyətlərinin icrasına gələn il fevralın 1-dən başlayacaq. AŞ PA Baş katibi postuna təyinata dair prosedur qaydalarına uyğun olaraq, 12 iyul 2010-cu il tarixində AŞ Nazirlər Komitəsi tərəfindən AŞ PA-ya iki namizədin adları olan siyahı təqdim edilib. Siyahıda olan digər namizəd niderlandlı Jan Kleijssen idi. O, 2007-ci ilin may ayından AŞ İnsan hüquqları və Hüquqi məsələlər Baş Direktorluğunda fəlaiyyət göstərir.
URL / WWW
http://kelam.az/article/a-2137.html