Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Müstəqil jurnalist Azər Həsrətin namizədliyi qeydə alındı
07.10.10 02:48

34 saylı Xətai II seçki dairəsindən deputatlığa iddia edən müstəqil jurnalist, Yeddi Dövlət – Bir Millət Konseyinin başqanı Azər Həsrətin namizədliyi qeydə alınıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Azər Həsrətin Seçki Qərargahından veriblər. Namizədin müdafiəsi üçün toplanan imza vərəqələrini oktyabrın 1-də dairə seçki komissiyasına təqdim edən iddiaçının məsələsinə dünən baxılıb və onun təqdim etdiyi imzalar etibarlı hesab edilərək namizədliyi qeydə alınıb. Bununla da Azər Həsrətin builki parlament seçkilərində iştirakına rəsmən şərait yaranıb. Namizədliyinin qeydə alınmasına münasibət bildirən Azər Həsrət isə deyib ki, hazırkı ana qədər seçkilərlə bağlı proseslərdən çox razıdır: “İstər namizədliyimin irəli sürülməsində, istər imza toplanmasında, istər toplanan imzaların dairə seçki komissiyasına təqdim edilməsində, istərsə də namizədliyimin qeydə alınmasında hər hansı inzibati və ya süni əngəllə qarşılaşmadım. Ümumiyyətlə isə, bizim seçki dairəmizdə proseslər sakit axarda və qanunlar çərçivəsində gedir. Məndə olan bilgiyə görə, buradan indiyə qədər 18 nəfər namizədliyini irəli sürüb və hələlik bu 18 nəfərdən heç birinin şikayət etdiyini eşitməmişəm. Ümid edirəm ki, proses sona qədər belə davam edəcək”. A.Həsrət fürsətdən istifadə edərək onun xeyrinə imza toplayanlara da öz təşəkkürünü bildirib: “DAK Gənclər Təşkilatının sədri Seymur Həsənli başda olmaqla onun komandasına, həmçinin mənim üçün imza toplama kampaniyasında çox yaxından iştirak edən digər dostlarıma və əlbəttə ki, imza verənlərə ürəkdən təşəkkür edirəm. Ümid edirəm ki, seçkinin sonrakı mərhələsində də biz birlikdə yola davam edəcəyik”. Deputatlığa namizəd A.Həsrətin seçki qərargahından onu da bildiriblər ki, artıq təşviqat materiallarının ən qısa zamanda hazırlanması üçün gedişat da başlanıb.
URL / WWW
http://kelam.az/article/a-2134.html