Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Veronika Kotek: “Parlament seçkiləri Azərbaycanın AŞ qarşısında götürdüyü öhdəlikləri üçün gözəl fürsətdir”
05.10.10 19:01

“Hökumətlə bağlı apardığımız uğurlu əməkdaşlıq nəticəsində qarşıdan gələn parlament seçkiləri ilə bağlı fəaliyyət planı hazırlamışıq”. KƏLAMİNFO xəbər verir ki, bu sözləri Avropa Şurası Baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi xanım Veronika Kotek Mərkəzi Seçki Komissiyası (MSK) ilə Avropa Şurası Venesiya Komissiyasının keçirdiyi birgə treninqlərin açılış mərasimində söyləyib. Onun sözlərinə görə, fəaliyyət planına əsasən müvafiq tədbirlər keçirilib və tədbirləri həyata keçirilməsi davam edir: “Bu tədbirlərə həm icra strukturları, həm jurnalistlər, həm seçicilər, həm də birbaşa seçkini keçirən orqanlarla iş daxildir”,-deyə xanım Kotek qeyd edib. V. Kotek treninqə qatılmış DSK üzvlərinə bildirib ki, 7 noyabrda keçiriləcək parlament seçkiləri Azərbaycanın öhdəliklərə nə qədər ciddi yanaşdığını nümayiş etdirmək üçün çox yaxşı fürsətdir. O, yaxın günlərdə Azərbaycanın Avropa Şurasına üzvlüyünün 10 illiyi münasibətilə tədbirlərin keçiriləcəyini də bildirib.
URL / WWW
http://kelam.az/article/a-2133.html