Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » A.Miloşosk: “Dağlıq Qarabağ münaqişəsi AŞ-ın daim diqqət mərkəzində olan məsələdir”
05.10.10 19:01

“Dövlətlərin ərazi bütövlüyü Avropa Şurası üçün ən ali prinsipdir. Bu baxımdan AŞ həmin prinsipin istər üzv dövlətlər arasında, istərsə də ümumiyyətlə dünyada tam bərqərar olmasının tərəfdarıdır. Biz AŞ üzvlərinin birinin digərinin ərazisini hər hansı şəkildə zəbt etməsi, ərazi bütövlüyünü, sərhəd toxunulmazlığını pozmasını heç vəchlə qəbul etmirik”. KƏLAMİNFO xəbər verir ki, bu barədə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynovun suallarını cavablandırarkən AŞ Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, Makedoniyanın xarici işlər naziri Antonio Miloşosk çıxış edib. A.Miloşosk bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi AŞ-nin daim diqqət mərkəzində olan məsələdir. “Biz bu problemin diplomatik vasitələrlə, sülh yolu ilə həllinin tərəfdarıyıq. Amma bu istiqamətdə irəliləyişlər də vardır. Bu irəliləyişlər böyük deyil, addım-addımdır. Amma əsas odur ki, bu proses var və biz arzu edirik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz müsbət həllini tapsın”,-deyə Antonio Miloşosk əlavə edib. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin digər üzvü Qənirə Paşayevanın “Avropa Şurasının üzvü olan Ermənistan 17 ildən artıqdır ki, digər üzv dövlətin - Azərbaycanın 20 faizdən artıq ərazisini zəbt edib, bir milyondan çox azərbaycanlını öz doğma torpaqlarından didərgin salıb, qaçqın və köçkün vəziyyətində yaşayan bu insanların hüquqları pozulub. Avropa Şurası bu istiqamətdə hansı konkret addımlar ata bilər ki, problem tez həll edilsin?” sualına Nazirlər Komitəsinin sədri belə cavab verib: “Biz sizin bu məsələyə həssaslığınızı başa düşürük. Nazirlər Komitəsi dəfələrlə bu məsələni qaldırmışdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ilə xüsusi mandatı olan ATƏT-in Minsk qrupu məşğul olur. Biz də öz tərəfimizdən maraqlıyıq ki, problem sülh yolu ilə həll olunsun. Nazirlər Komitəsi də öz imkanları çərçivəsində münaqişənin tezliklə həll edilməsi töhfəsini verməyə hazırdır”.
URL / WWW
http://kelam.az/article/a-2131.html