Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Xələf Xələfov Lixtenşteyn Knyazlığının xarici işlər naziri ilə görüşüb
05.10.10 19:01

Xarici işlər nazirinin müavini Xələf Xələfov Vaduz şəhərində Lixtenşteyn Knyazlığının xarici işlər naziri xanım Aureliya Friklə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, görüşdə tərəflər ikitərəfli münasibətlər və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin davam etdirilməsini müzakirə edib. Görüşdə hər iki tərəf Azərbaycan və Lixtenşteyn arasında ikitərəfli və çoxtərəfli səviyyədə mövcud olan dostluq münasibətlərini müsbət qiymətləndiriblər. Danışıqlarda müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan məmnunluq ifadə edilib. Tərəflər həmçinin siyasi, iqtisadi və mədəniyyət sahələrində əməkdaşlığın dərinləşdirilməsi imkanlarını müzakirə ediblər. X.Xələfov ölkəmizdə aparılan iqtisadi islahatlar, dinamik iqtisadi inkişaf, regionda vəziyyət, Ermənistanın Azərbaycana təcavüzünün ağır nəticələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlar barədə nazirə məlumat verib. X.Xələfov Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən regional və beynəlxaq əhəmiyyətli enerji, nəqliyyat və kommunikasiya layihələrinin regionda davamlı inkişafın və sabitliyin bərqərar olmasına xidmət etdiyini vurğulayıb. Nazir A.Frik ölkəsinin Azərbaycanla mədəniyyət və iqtisadiyyat sahəsində əməkdaşlığa hazır olduğunu və beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilən əməkdaşlığı davam etdirmək niyyətində olduqlarını qeyd edib. Azərbaycanın İsveçrə Konfederasiyasında və Lixtenşteyn Knyazlığındakı fövqəladə və səlahiyyətli səfiri M.Nəcəfbəyli görüşdə iştirak edib.
URL / WWW
http://kelam.az/article/a-2130.html