Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » “Azərbaycan İranı Qafqazdakı proseslərə cəlb edir”
06.10.10 02:58

Son vaxtlar ABŞ-ın Azərbaycana qarşı tutduğu haqsız mövqedən və iki ölkə arasında yaran soyuqluqdan İran məharətlə istifadə etməyə çalışır. İran rəıhbərliyinin Bakıya ardıcıl səfərləri də elə buna hesablanıb. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində politoloq Cümşüd Nuriyev bildirib. Politoloqun fikirincə, son aylar Vaşinqtonun dolayı yollarla tanınmamış “Dağlıq Qarabağ Respublikası”ı ilə əlaqələr qurması və ona maliyyə yardımları ayırması Azərbaycana qarşı açıq-aşkar ədalətsiz mövqedir. “Belə bir məqamı da region ölkəsi olan İran əldən vermək istəmir.Burada onu da qeyd etməliyik ki, son vaxtlar ABŞ-la bağlı Azərbaycanla İranın maraqları üst-üstə düşür. Yəni, son iki-üç ay ərzində Azərbaycanın regionda lider ölkə olmasına baxmayaraq ABŞ və Rusiya arasında bizim əlehimizə yaxınlaşmalar oldu. Belə ki, Rusiyanın Ermənistanı dəstəkləməsinin gizli fazadan açıq fazaya keçməsi və ardınca ABŞ-ın da dolayı yolla bu dövləti dəstəkləməsi Azərbaycanı xarici siyasətində yenidən düşünməyə vadar edir. Bu da bir növ ABŞ-la münasibətdə Bakının maraqlarına əlbəttə ki, təsir edir. Yəni, Bakı xarici siyasətində bir növ manevr edərək onsuzda gizli yolla Qərblə münasibətləri yaxşılaşdırmaq üçün Ermənistanla güclü münasibət quran və digər region ölkəsi olan İranı Qafqazdakı proseslərə cəlb edir. İran da bunu qəbul etmək məcburiyyətindədir. Çünki, dünyada olduğu kimi bölgədə də İran tərəfdaşsız qalıb və onun çıxış nöqtəsi yoxdur. Eyni zamanda İran artıq birbaşa Azərbaycana xəyanətini davam etdirməsinin düzgün olmadığını da düşünür və bizim regionun lider ölkəsi olmamızı qəbul etmək məcburiyyətində qalır. Ona görə də, Tehrandan Bakıya yüksək səviyyədə ardıcıl səfərlər təşkil olunur. Hesab edirəm yaxın iki-üç ay ərzində bu münasibətlərin konkret nəticələri bəlli olacaq”,-deyə politoloq vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-2125.html