Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Media Akademiyasında “İdman həftəsi”nə yekun vuruldu
05.10.10 18:58

Media Akademiyasında “İdman həftəsi”-nə yekun vurulub. “İRƏLİ”-dən KƏLAMİNFO-ya verilən məlumata görə, bu dəfə karate üzrə 9 qat dünya çempionu Zülfiyyə Hüseynova, 4 qat Avropa çempionu Etibar Bağırov və Azərbaycan Karate Federasiyasının vitse prezidenti Füzuli Musayev Akademiya tələbələri ilə görüş keçirib. Z.Hüseynova tələbələrə məşğul olduğu idmanın spesifik xüsusiyyətlərindən, qadın olmağın idmançı olmağa heç bir maneəçilik törətmədiyindən söz açıb. Karatenin döyüş qanunlarından, növlərindən danışan və sözügedən idman növünün dərin fəlsəfəsini tələbələrə aşılayan Azərbaycan Karate Federasiyasının vitse prezidenti F.Musayev hər bir idman növündə təhsil almağın mütləq olduğunu bildirib.
URL / WWW
http://kelam.az/article/a-2123.html