Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Argentinada “Azərbaycanın təqdimatı” keçirilib
04.10.10 18:25

Argentina Xarici İşlər, Beynəlxalq Ticarət və Etiqad Nazirliyinin Milli Diplomatik Xidmət İnstitutunda (Instituto del Servicio Exterior de la Nación – İSEN) “Azərbaycanın təqdimatı” tədbiri keçirilib. Tədbirdə İSEN-nin müəllim və tələbələri, habelə XİN-in nümayəndələri iştirak ediblər. Bu barədə məlumatı KƏLAMİNFO-ya Xarici İşlər Nazirliyindən veriblər. Tədbirdə ilk öncə Azərbaycanın tarixi, mədəniyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin hazırkı ictimai-siyasi vəziyyəti, iqtisadiyyatı, dini tolerantlığı və sair məqamları əks etdirən ispan dilində film nümayiş etdirilib.Filmin nümayişindən sonra səfir Məmməd Əhmədzadə “Azərbaycanın xarici siyasəti: təsir edən amillər və istiqamətlər” mövzusunda mühazirə söyləyib. Mühazirədə Azərbaycanın müstəqilliyinin bərpasından sonra üzləşdiyi çətinliklər, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra ölkədə sabitliyin bərpası, dövlətçiliyimizin gücləndirilməsi və genişmiqyaslı inkişafın əsaslarının qoyulması, prezident İlham Əliyev tərəfindən bu yolun uğurla davam etdirilməsi və ölkəmizin regional lider səviyyəsinə qaldırılmasına qədər keçdiyi tarixi yol barədə məlumat verilib.
URL / WWW
http://kelam.az/article/a-2121.html