Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » N.Nazarbayev “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması barədə Naxçıvan sazişi haqqında” Qanunu imzalayıb
04.10.10 18:25

Qazaxıstan prezidenti Nursultan Nazarbayev “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması barədə Naxçıvan sazişi haqqında” Qanunu imzalayıb. KƏLAMİNFO xəbər verir ki, Saziş 2009-cu il oktyabrın 3-də Naxçıvanda türkdilli ölkələrin dövlət başçılarının Zirvə görüşündə qəbul olunub. Sazişdə qərarların qəbulunun monitorinqinin aparılması üçün İstanbulda daimi katibliyin yaradılması nəzərdə tutulur. Katibliyin fəaliyyəti xüsusi formalaşan büdcə hesabına maliyyələşdiriləcək. Saziş Azərbaycan, Türkiyə və Qazaxıstan dövlətləri tərəfindən ratifikasiya edildikdən sonra qüvvəyə minir.
URL / WWW
http://kelam.az/article/a-2119.html