Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycanda “Ümumdünya Quşların Müşahidəsi Günü” keçirilir
05.10.10 02:25

Bu gün “Birdlife İnternational” təşkilatının təklifi ilə bütün dünyada, o cümlədən Azərbaycanda “Ümumdünya Quşların Müşahidəsi Günü” kimi keçirilir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən veriblər. Oktyabrın 4-ü 1931-ci ildə İtaliyanın Florensiya şəhərində keçirilmiş təbiətsevərlərin Beynəlxalq Konqresində “Ümumdünya Heyvanların Mühafizəsi Günü”nün təsis olunması barədə qərar qəbul edilib. Həmin tarixdən etibarən hər il bu gün bir çox dünya ölkələrində təbiətsevərlər tərəfindən qeyd olunur. Ümumdünya Vəhşi Təbiət Fondunun məlumatına əsasən hər saat Yer üzündən 3 növ silinir, o cümlədən dəniz heyvanlarının 35 faizi artıq tamamilə məhv olub. Bu tədbirlərin də məqsədi məhz ictimaiyyətin diqqətini heyvanlar aləminin problemlərinə yönəltməkdir. ETSN-nin ətraf mühitin mühafizəsi, ölkənin ekoloji problemlərinin həllinə yönəlmiş fəaliyyətində bioloji müxtəlifliyin qorunub saxlanılması, xüsusən heyvan və quş növlərinin mühafizəsi və öyrənilməsi xüsusi yer tutur. Bu məqsədlə Altıağac Milli Parkı nəzdində Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiyası Klinikası yaradılıb. Mərkəzin əsas məqsədi qeyri- qanuni əldə edilmiş heyvan və quş növlərinin reabilitasiya edilərək vəhşi təbiətə uyğunlaşdırıldıqdan sonra təbiətə buraxılması, nadir və sayı azalmaqda olan heyvan növlərinin süni və yarımqapalı şəraitdə saxlanılmasının təşkili, sayının artırılması, bərpası və təbiətə qaytarılması işlərinin aparılmasından ibarətdir. Keçən müddət ərzində Mərkəzdə reabilitasiyasını başa vuran onlarla canlı dəfələrlə ictimaiyyətin iştirakı ilə vəhşi təbiətə buraxılıb. Xüsusi mühafizə olunan təbiət ərazilərinin təşkili və inkişaf etdirilməsi vəhşi heyvanların mühafizəsi və öyrənilməsində mühüm rol oynayır. Bu ərazilər vəhşi heyvan növlərinin təhlükəsiz şəraitdə yaşamasına, onların sayının qısa müddət ərzində təbii yollarla artmasına, nadir heyvan növlərinin populyasiyasının bərpa olunmasına şərait yaradır. Son illər Nazirlik tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində hazırda ölkəmizdə ümumi sahəsi 890 min hektaradək Xüsusi Mühafizə Olunan Təbiət Əraziləri, o cümlədən, 8 Milli Park, 12 Dövlət Təbiət Qoruğu və 23 Dövlət Təbiət Yasaqlığı mövcuddur və onların sahəsi ölkə ərazisinin təqribən 10,3 faizini təşkil edir. Heyvan və quş növlərinin öyrənilməsi və mühafizəsi ilə əlaqədar hər il olduğu kimi bu il də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir sıra mütəxəssisləri və QHT nümayəndələri, o cümlədən alimlərin iştirakı ilə Şirvan Milli Parkında seminar keçirilib.
URL / WWW
http://kelam.az/article/a-2117.html