Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Təhsil Nazirliyi işçi axtarır
05.10.10 02:25

Təhsil Nazirliyi vakant dövlət qulluğu vəzifəsinin tutulması ilə bağlı müsahibə elan edir. Nazirlikdən KƏLAMİNFO-ya verilən məlumata görə, müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Təhsil Nazirliyinin dövlət qulluqçuları iştirak edə bilərlər. Dövlət orqanının adı: Azərbaycan Respublikası Təhsil Nazirliyi. Struktur bölmənin adı: Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi Ştat vahidinin sayı: 1 İş yerinin ünvanı: Bakı şəhəri, Nəimanov rayonu, Xətai prospekti 49 İnzibati vəzifənin təsnifatı: 6-cı təsnifat, vəzifə maaşı: 495 manat. Vəzifənin tutulması şərtləri: təhsil: təhsilin təşkili və idarəolunması ixtisası, maarif ixtisas istiqaməti üzrə ali təhsil,iş stajı, azı 3 il.
URL / WWW
http://kelam.az/article/a-2114.html