Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Musiqili Komediya Teatrının rejissoru Rusiyaya gedəcək
05.10.10 02:25

Oktyabrın 7-də Musiqili Komediya Teatrının gənc rejissoru Elvin Mirzəyev Rusiyanın Yekaterinburq vilayətinə gedəcək. Musiqili Komediya Teatrından KƏLAMİNFO-ya verilən məlumata görə, E.Mirzəyev Sverdlovsk Dövlət Akademik Musiqili Komediya Teatrında ixtisasını artıracaq. Xatırladaq ki, teatrın əməkdaşları - dekorçu rəssam Elgün Vəliyevlə işıqçı Tural Şərifov isə dünya şöhrətli Robert Sturuanın rəhbərlik etdiyi Ş.Rustaveli adına Akademik Dram Teatrında təcrübə keçmək üçün oktyabrın 1-dən Tiflis şəhərinə ezam olunub.
URL / WWW
http://kelam.az/article/a-2111.html