Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » “İrəvan nə siyasət yürütdüyünü bilmir”
04.10.10 18:23

Ermənistan hakimiyyətinin Qarabağ münaqişəsinə dair heç bir siyasəti və tələbi yoxdur. Hakimiyyət hər şeyi, o cümlədən Dağlıq Qarabağın statusunun tanınmasını iri güclərdən asılı vəziyyətə salıb. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanda “İrs” fraksiyasının rəhbəri, politoloq Stepan Safaryan bəyan edib. O, bildirir ki, İrəvan yalnız hansısa təklifi qəbul edə, ən yaxşı halda onu rədd edə bilir. “Səbəb də odur ki, Ermənistan necə bir siyasət yürütdüyünü özü də bilmir. Ermənistandan fərqli olaraq Azərbaycanın Qarabağ münaqişəsi ilə bağlı konkret siyasəti hiss olunur. Azərbaycan hesabatlar və təşkilatlar vasitəsilə nəinki ətraf ərazilərdə, hətta Qarabağın özündə də addımbaaddım hüququnu təsbit etməyə səy göstərir. Təssüf ki, Ermənistan iqtidarı buna qadir ola bilmədi”,-deyə erməni politoloq etiraf edib.
URL / WWW
http://kelam.az/article/a-2109.html