Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Qərb ekspertləri Y.Lujkovun vurulmasını D.Medvedevin V.Putin üzərində qələbəsi kimi qiymətləndirir
01.10.10 20:08

Moskva meri Yuri Lujkovun vəzifəsindən azad edilməsi prezident Dmitri Medvedevin baş nazir Vladimir Putin üzərində ilk qələbəsidr. KƏLAMİNFO rus mətbuatına istinadən xəbər verir ki, bunları Rusiya məsələləri üzrə ABŞ eksperti Kati Lallinin bəyan edib. O, qeyd edir ki, bununla D.Medvedev qəti addım atmaq iqtidarında olduğunu V.Putinin ən yaxın adamı olan Y.Lujkov üzərində nümayiş etdirdi. “Bu, onu göstərir ki, o bu qədər ağır siyasi çəkiyə malik olan adamı uzaqlaşdıra bilir. Maraqlıdır ki, V.Putinin müttəfiqi sayılan merin işdən azad olunmasına əsas verəcək qanun məhz V.Putin tərəfindən qəbul etidirlib. 2004-ci ildə bütün siyasi rəsmilər üzərində nəzarəti gücləndirmək məqsədilə V.Putin yerli rəsmilərin seçki yolu ilə seçilməsinə son qoyaraq bu vəzifələri təyinatlı etdi. Həmin vaxtdan bəri Y.Lujkov mer vəzifəsinə seçilmir, təyin olunurdu. Y.Lujkovun siyasi səhnədən getməsi Rusiya siyasətində deyil, həmçinin şəxsən D.Medvedevin gələcək perspektivlərində müəyyən dəyişikliklər yaradacaq. Bu, o deməkdir ki, Medvedevin əsil prezident olmaq şansı var”,-deyə ekspert açıqlayıb.
URL / WWW
http://kelam.az/article/a-2107.html