Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » “Rusiya İrana 1 milyon dollar təzminat ödəməyə hazırdır”
02.10.10 02:06

Rusiya İrana yeni tipli raketlərin satışını dayandırmasaydı, iqtisadi itkidən daha çox siyasi itkilərlə üzləşərdi. KƏLAMİNFO rus mətbuatına istinadən xəbər verir ki, bunları Rusiya Dövlət Dumasının Xarici əlaqələr komitəsinin sədri Konstantin Kosaçev bəyan edib Komitə sədri qeyd edib ki, bununla bağlı Tehranın Moskvadan təzminat tələb etməsi onun haqqıdır və Rusiya bunun müqabilində İrana 1 mln. dollara qədər təzminat ödəməyə hazırdır. “Bu bizim üçün itki deyil. Əsas odur ki, böyük siyasi itkidən qurtardıq. Əgər biz S-300 sistemlərini İrana ötürsəydik, siyasi itkilərlə üzləşərdik ki, Rusiya bunun ağrılarını heç yaxın 10 ildə də aradan qaldıra bilməzdi. Heç bir iqtisadi itki siyasi itkidən üstün ola bilməz. İqtiasdi geriliyi tez aradan qaldırmaq olur, siyasi itkini isə heç bəzən mümkün olmur”,-deyə Rusiya rəsmisi bildirib. Qeyd edək ki, İrana yeni tipli raketlərin satılması ilə bağlı 2007-ci ilin dekabır ayında Moskva-Tehran arasında sövdələşmə imzalanıb. Sövdələşməyə görə, Rusiya 800 mln. dollar civarında İrana 5 ədəd raket müdafiə sistemini satmağı öhdəsinə götürüb. Lakin cari ilin sentyabrın 22-də Rusiya prezidenti Dmitri Medvedev satışın dayandırılması ilə bağlı sərəncam imzalayıb. Buna görə də Tehran Moskvadan sövdələşməni pozduğu üçün təzminat tələb edir.
URL / WWW
http://kelam.az/article/a-2102.html