Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » GİN “Milli Məclis-Qanunverici orqan” adlı kitabça nəşr edib
01.10.10 20:06

Mübariz Aslanov/KƏLAMİNFO. Noyabrın 7-də Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar Gənclər və İdman Nazirliyi (GİN) tərəfindən ilk dəfə səs verəcək gənclər üçün “Milli Məclis-Qanunverici orqan” adlı yaddaş kitabçası nəşr edilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya GİN-nin mətbuat xidmətindən veriblər.Kitabçada ümummilli lider Heydər Əliyev və Azərbaycan Parlamenti, Azərbaycan parlamentarizm tarixi, onun formalaşma dövrü, fəaliyyəti, beynəlxalq əlaqələri, Milli Məclisin iş prinsipi, Konstitusiyadan və Seçki Məcəlləsindən çixarışlar öz əksini tapmıb. Kitabça Milli Məclisə keçiriləcək seçkilərdə ilk dəfə səs verəcək gənclərin maarifləndirilməsi məqsədilə çap edilib. Eyni zamanda ilk dəfə səs verəcək gənclər üçün məlumat seminarlarının keçirilməsinə də start verilib. Seçkilərdə ilk dəfə səs verəcək gənclər üçün GİN bu gündən məlumat seminarlarının keçirilməsinə başlayıb. Seminarlar 27 oktyabr tarixinədək davam edəcək. Seminarların keçirilməsində əsas məqsəd indiyədək Qanunverici orqan olan Milli Məclisə keçirilmiş seçkilər, seçkilərin keçirilməsinin qanunvericilik əsasları və seçki günü səsvermə proseduru haqqında gəncləri məlumatlandırmaq və onları maraqlandıran sualları cavablandırmaqdır. 50-dən artıq rayonda keçiriləcək maarifləndirici seminarlar 10.000-ə yaxın gənci əhatə edəcək. Keçiriləcək seminarlarda Mərkəzi Seçki Komissiyasının və rayon (şəhər) Dairə Seçki Komissiyalarının nümayəndələri, o cümlədən Gənclər və İdman Nazirliyinin nümayəndələri, fəal gənclər və tanınmış ziyalı şəxslər iştirak edəcəklər.
URL / WWW
http://kelam.az/article/a-2100.html