Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Qazi Hacı Mirəziz Seyidzadə - 60 » Akademik, əməkdar elm xadimi Fuad Qasımzadə:
19.10.09 14:58

Mən Hacı Mirəziz Seyidzadənin yaradıcılığına dərindən bələdəm. Onu ilahiyyat, dinin fəlsəfəsi, ümumiyyətlə dinşünaslıq və fəlsəfə sahəsində ən yaxşı mütəxəssislərdən biri kimi tanıyıram. Olduqca savadlıdır, dinmizin yaxşı bilicisidir.
Hacı Mirəzizin Həzrət Əli (ə) haqqında yazdığı “Elmin qapısı” adlı kitabı haqqında çox yüksək fikirdəyəm.
Fəlsəfə sahəsində namizədlik işinin rəsmi opponenti olmuşam. Elmlər doktoru olmağa layiqli alimdir. Arzum budur ki, müdafiəni tez etsin.
Hacı Mirəzizin həm də gözəl şairlik məharəti var. Onun bu yaxınlarda işıq üzü görən “Divan”ı həm klassik, həm də müasir şer üslubu ilə seçilir. Hacı Mirəzizin ən önəmli və vacib xidmətlərindən biri də “Kəlam” jurnalını nəşr etdirməsidir. Jurnal elmi, ədəbi, publisistik materialları ilə ictimaiyyət arasında çox böyük nüfuz qazanmışdır.
M.Seyidzadə ictimai xadim kimi də dövlətə və millətə fayda verən ziyalıdır. Müstəqilliyin ilk illərindən bu günədək o xalqa xidmət missiyasını müxtəlif formalarda davam etdirir. 
Hacı Mirəzizin dinimizin təbliği ilə bağlı televiziya ekranlarında çıxışlarına da imkan daxilində qulaq asıram. Onun çıxışları digərlərindən elmliyi, obyektivliyi  ilə seçilir.
Mən 60 yaşı tamam olan bu cavan din və elm xadiminə uzun ömür, can sağlığı yeni-yeni nailiyyətlər diləyirəm. Yubileyi mübarək olsun!
URL / WWW
http://kelam.az/article/a-21.html