Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Zərdabda Heydər Əliyev Mərkəzi tikiləcək
02.10.10 02:06

Zərdab rayonunda 4,5 ha ərazini əhatə edən Heydər Əliyev adına park müasir tələblər səviyyəsində yenidən qurulur. Zərdab rayon İcra Hakimiyyətindən KƏLAMİNFO-ya verilən məlumata görə, parkda yeni istirahət guşələrinin yaradılması, müəyyən olunan ərazilərə dekorativ daşların düzülməsi, yeni fəvvarələrin tikilməsi nəzərdə tutulub. Hazırda bu istirahət guşəsini əhatə edən hasarlar aqlay daşlarla üzlənir. Yeni işıq xətlərinin çəkilməsinə hazırlıq işləri görülür. Yaxın günlərdə parkın mərkəzində sahəsi 1400 kvadratmetr olan Heydər Əliyev Mərkəzinin tikintisinə başlanılacaq. Rəsm qalereyasından, dərnək otaqlarından, kompüter mərkəzindən, elektron kitabxana və akt zalından ibarət olan ikimərtəbəli binada ulu öndərin həyat və fəaliyyətini işıqlandıran guşələr də yaradılacaq. Hazırda isə yeni mərkəzin bünövrəsinin tökülməsinə hazırlıq işləri görülür. Bundan əlavə ulu öndərin adını daşıyan prospektdə də təmir-bərpa işləri aparılır. Yolun hər iki tərəflərində istinad divarları hörülərək daşlarla üzlənir. Burada yerləşən çoxmərtəbəli yaşayış binalarının dam örtükləri dəyişdirilir, fasadları müasir görkəmə salınır.
URL / WWW
http://kelam.az/article/a-2099.html