Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Bir qrup təhsil işçisi Gürcüstanda olub
01.10.10 20:04

Gürcüstanın Batumi şəhərində müəllimlərin ətraf mühit üzrə regional seminarı keçirilib. Təhsil Nazirliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, seminar Norveç Təbiəti Mühafizə Cəmiyyətinin “Enerji və Resurslardan İstifadə üzrə Məktəbli Layihəsi” (SPARE) çərçivəsində baş tutub. Regional seminarda SPARE proqramının Azərbaycan üzrə milli əlaqələndiricisi Nailə İsmayılova, proqramın tətbiqi layihələr üzrə koordinatoru Mirabbas Məmmədov, Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar təhsil şöbəsinin müdiri Ağababa İbrahimov, “Araz” Ekologiya liseyinin direktoru Südabəxanım Mikayılova, 284 saylı məktəbin coğrafiya müəllimi Sevinc Abbasova, 204 saylı məktəbin biologiya müəllimi Almaz Həsrət, “Zəkalar” liseyinin fizika müəllimi Gülçin Baxşıyeva iştirak ediblər. Seminarın ilk günündə N. İsmayılova ölkəmizdə müvafiq sahədə həyata keçirilən tədbirlərə dair “Pedaqoji innovasiyalar və tətbiqi məsələlərin vəhdəti” mövzusunda təqdimat edib. Seminarın “Pedaqoji innovasiyalar: ən yaxşı nümunələr və təcrübə mübadiləsi” mövzusuna həsr olunan sessiyasında azərbaycanlı müəllimlər tərəfindən müxtəlif pedaqoji yanaşmalara əsasən hazırlanan dərs nümunələri təqdim olunub. Qeyd edək ki, Azərbaycanın 2003-cü ildən qoşulduğu və hazırda ölkəmizin 200-dən artıq məktəbini əhatə edən proqramın əsas məqsədi məktəb ictimaiyyətinə enerjiyə qənaət, resurslardan səmərəli istifadə edilməsinin zəruriliyi kimi əhəmiyyətli məsələləri aşılamaqdır.
URL / WWW
http://kelam.az/article/a-2097.html