Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » AMEA Rəyasət Heyəti doktoranturaların yaradılması haqqında qərar qəbul edib
30.09.10 18:25

AMEA Rəyasət Heyətinin (RH) növbəti iclası keçirilib. İclasda çıxış edən AMEA prezidenti Mahmud Kərimov gündəlikdəki məsələlər haqqında məlumat verib. KƏLAMİNFO xəbər verir ki, iclasda AMEA-nın elmi müəssisə və təşkilatlarında doktoranturaların yaradılması və gənc alimlərin Avropanın elmi mərkəzlərində doktorantura təhsili almaları müzakirə olunub. Mövcud kadr potensiyalı, fundamental tədqiqatların səviyyəsini, maddi-texniki bazasını və digər nailiyyətlərini nəzərə alaraq AMEA-nın elmi müəssisə və təşkilatlarında müvafiq ixtisaslar üzrə fəlsəfə doktoru və elmlər doktoru üzrə doktoranturaların yaradılması, AMEA-nın doktoranturası olmayan, lakin müxtəlif ixtisaslar üzrə kadr hazırlanmasına ehtiyacı olan elmi müəssisə və təşkilatların kadr hazırlığını məqsədli yolla həyata keçirməsi haqqında qərar qəbul edilib. İclasda AMEA “Gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsili almaları haqqında” Əsasnamənin təsdiqi ilə bağlı qərar qəbul edilib və elmi müəssisələrin rəhbərlərinə tapşırılıb ki, gənc tədqiqatçılar arasında respublika üçün prioritet sayılan elmi istiqamətlərdə Avropa ölkələrinin elmi mərkəzlərində doktorantura təhsili almaq məqsədilə müsabiqə elan edilsin. Müsabiqənin nəticələri elmi şuralarda müzakirə edildikdən sonra seçilən namizədlərin siyahısı AMEA-nın müvafiq elmi bölmələrində müzakirə olunaraq RH-yə təqdim edilsin. İclasda kadr məsələlərinə də baxılıb.
URL / WWW
http://kelam.az/article/a-2094.html