Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » DSMF saytının təkminləşdirilmiş yeni versiyasının təqdimat mərasimini keçirib
30.09.10 18:25

Bu gün Dövlət Sosial Müdafiə Fondunun (DSMF) saytının təkminləşdirilmiş yeni versiyasının təqdimat mərasimi keçirilib. KƏLAMİNFO xəbər verir ki, təqdimat mərasimində çıxış edən DSMF-nin sədri Səlim Mülimov bildirib ki, bu gün Fondun yaranmasından 18 il ötür. Onun sözlərinə görə, Azərbaycanın bütün sahələrdə olduğu kimi, DSMF-nın fəaliyyətində də uğurlu nəticələr əldə olunub. S.Müslimov bildirib ki, bu uğurları ictimaiyyətə çatırmaq üçün Fondun internet portalının 6 ay ərzində tam yeniləşmiş forması hazırlanıb. Bu portal vasitəsilə, Fond haqqında bütün KİV nümayəndələri və ictimaiyyət daha dolğun məlumat əldə edə biləcəklər.DSMF-nin İnformasiya və texnalogiyalar şöbəsinin müdiri Qurbanəli Əsədov tədbir iştirakçılarına Fondun saytı haqqında ətraflı məlumat verib. O bildirib ki, Fondun yeni saytı Azərbaycan və ingilis dillərində olmaqla istər dizayn, istər qurluş, istərsə də məzmun baxımından tam müasir tələblərə cavab verir. “DSMF-nin fəaliyyəti ilə bağlı zəngin məlumatları özündə əks etdirən saytın sol menyusu 14 əsas bölmədən və 50-dən artıq altbölmədən ibarətdir. Həmin bölmələrdə Fond haqqında, qanunvericilik bazası, pensiya islahatı, məcburi dövlət sosial sığortası, fərdi uçot, əmək pensiyaları, sosial sığorta müavinətləri, sığortaedən üçün məlumat, ictimaiyyətlə əlaqələr, qonaq kitabı, lazimi linklərə istinadlar verilməklə bir çox suallara aydınlıq gətirilir. Qeyd edək ki, DSMF-nin www.sspf.gov.az ünvanlı saytı 2004-cü ildən etibarən fəaliyyət göstərir.
URL / WWW
http://kelam.az/article/a-2093.html