Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » ATİB müxtəlif sahələrə aid hazırladığı hesabatını təqdim edib
30.09.10 18:25

Bu gün Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) “Azərbaycan kənd təsərrüfatı, aqrar sənaye və qida sektoru” mövzusundakı hesabatını təqdim edib. KƏLAMİNFO xəbər verir ki, təqdimatda çıxış edən ATİB-in İdarə Heyətinin sədr müavini Ali İhsan Genç bildirib ki, təmsil etdiyi qurum Azərbaycanda fəaliyyət göstərən iş adamlarının iqtisadi və sosial sahədə informasiya ilə təminini yaxşılaşdırmaq, onlara yol göstərmək, eləcə də ölkənin inkişaf prioritetlərinə uyğun fəaliyyətlərinə dəstək göstərmək məqsədilə müxtəlif mövzularda 2008-ci ildən müvafiq tədqiqat proqramı həyata keçirir və hesabatlar dərc edir. Azərbaycanda kənd təsərrüfatı məhsullarının maksimum inkişaf etdirilməsi və xaricə ixrac edilməsinin vacibliyinə toxunan A.İ.Genç “Azərbaycan kənd təsərrüfatı, aqrar sənaye və qida sektoru” hesabatında əks olunan məsələlərə toxunub. O qeyd edib ki, hesabatda kənd təsərrüfatının iqtisadiyyadta yeri və rolu göstərilib, onun yerinə yetirdiyi funksiyalar müəyyənləşdirilib, qida sənayesi müəssisələrinin inkişafı və onların marketinqi təşkil edilib. Bütövlükdə aqrar-sənaye kompleksinin inkişaf perspektivləri müəyyənləşdirilib. ATİB-in baş katibi Rəşad Rəsullu isə təmsil etdiyi qurumun bu günə qədər müxtəlif sahələrə aid 5 hesabat hazırladığını söyləyib. O, qeyd edib ki, hesabatların hazırlanması davam etdiriləcək. Azərbaycan Dövlət İqtisad Universitetinin baş müəllimi İsmayıl Xeyirxəbərov sözügedən sahəyə aid 6 bölmədən ibarət məruzə ilə çıxış edib. Kənd təsərrüfatının inkişafı, bu sahənin iqtisadiyyatda yeri, sahibkarlara yaradılan sərbəst şərait və digər bu istiqamətdə görülən müsbət işlərdən bəhs edən İ.Xeyirxəbərov bu sahədəki mövcud problemlər, həlli gözlənilən işlərdən də bəhs edib. O qeyd edib ki, əkin sahələri, heyvanların sığortalanmadığı təqdirdə aqrar sektorun dayanıqlı inkişafından danışmaq çətindir. İnstitusional sahədə görüləsi çox iş var. Kənd təsərərüfatı məhsullarının qiymətinin hazırki səviyyədən aşağı olması üçün topdansatış infrastrukturu formalaşdırılmalıdır. Ərzaq sektorunun mövcud təlabatdan aşağı olduğunu diqqətə çatdıran İ.Xeyirxəbərov bildirib ki, hazırki şərait ərzaq məhsullarının 2,5, ət məhsullarının 3, süd və süd məhsullarının 1,8, yumurtanın 2,1 dəfə artırılmasına imkan verir. Onun sözlərinə görə, digər qida məhsularının da artırılmasına münbit şərait və imkan var.
URL / WWW
http://kelam.az/article/a-2092.html