Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident “Caspian Agro-2010” Beynəlxalq kənd təsərrüfatı sərgisi ilə tanış olub
30.09.10 20:20

Bu gün prezident İlham Əliyev Heydər Əliyev adına İdman-Konsert Kompleksində “Caspian Agro-2010” III Beynəlxalq kənd təsərrüfatı, ərzaq emalı və qablaşdırma sərgisi ilə tanış olub. KƏLAMİNFO xəbər verir ki, dövlət başçısı əvvəlcə kompleksin həyətində Minsk və Gəncə avtomobil zavodlarının istehsalı olan kənd təsərrüfatı texnikasına baxıb. Kənd Təsərrüfatı Nazirliyinin rəsmi dəstəyi, Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə keçirilən sərgi ilə tanışlıq zamanı məlumat verilib ki, belə bir beynəlxalq tədbirin keçirilməsinin başlıca məqsədi ölkəmizdə istehsal olunan kənd təsərrüfatı və emal sənayesi məhsullarının nümayişi ilə yanaşı, bu sahələrin daha da inkişafı üçün xarici şirkət və sərmayədarların diqqətini cəlb etmək, Azərbaycanda son illər baş verən sürətli inkişaf və tərəqqinin təbliği, aqrar elmin qabaqcıl nailiyyətlərini və təcrübəsini öyrənməkdir. Ərzaq bolluğunun yaradılması və əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi dünya ölkələri, o cümlədən Azərbaycan üçün prioritet istiqamətlərdən biridir. Sərgidə Azərbaycan ilə yanaşı, Belarus, Gürcüstan, Kuba, İspaniya, Qətər və İrandan 80-dən artıq şirkət təmsil olunub. Builki sərgidə yerli şirkətlər daha fəal iştirak edirlər. Bu isə onu göstərir ki, Azərbaycanın ixrac potensialı artmaqdadır. Prezident İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyi, Naxçıvan Muxtar Respublikasının, Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzinin və müxtəlif şirkətlərin, habelə quşçuluq, şərabçılıq, kənd təsərrüfatı texnikası pavilyonları ilə tanış olub.
URL / WWW
http://kelam.az/article/a-2090.html