Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Kompleks Tədqiqatlar Laboratoriyası və “AkvaMilljo Caspian AS” arasında əməkdaşlıq genişlənir
01.10.10 02:25

ARDNŞ-nin Ekologiya İdarəsinin Ekoloji Monitorinq Departamentinin Kompleks Tədqiqatlar Laboratoriyası və “BP-Azərbaycan”ın tərəfdaşı olan Danimarkanın “AkvaMiljo Caspian AS” şirkəti arasında əməkdaşlıq Sazişi çərçivəsində şirkətin yeni təyin olunmuş meneceri Nils Skebe və digər əməkdaşları laboratoriyada olub, iş prosesi və gələcək mümkün əməkdaşlıq istiqamətləri haqqında müzakirələr aparıblar. Bu barədə məlumatı KƏLAMİNFO-ya ARDNŞ-dən veriblər. Kompleks Tədqiqatlar Laboratoriyasının müdiri Aybəniz Əskərova görüş iştirakçılarına laboratoriyanın texniki bazası və aparılan tədqiqat işləri haqqında geniş məlumat verib. Nils Skebe “Akvamilljo Caspian AS” şirkətinin qabaqcıl təcrübəsi və bu şirkətin böyük layihələrdə iştirakı haqda ətraflı danışıb. “Akvamilljo Caspian AS” nümayəndələri laboratoriyada aparılan işləri yüksək qiymətləndiriblər. Nils Skebe gələcəkdə də Xəzər regionundakı layihələrdə iştirak etmək niyyətində olduqlarını bildirib. Görüşdə etibarlı tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi qərara alınıb. Xatırladaq ki, ARDNŞ-nin Ekologiya İdarəsinin Ekoloji Monitorinq Departamentinin Ekoloji Tədqiqatlar Ekspedisiyası və Kompleks Tədqiqatlar Laboratoriyası həm Xəzər dənizində, həm də quru yataqlarında ekoloji monitorinqlərin aparılması üzrə ixtisaslaşıb.
URL / WWW
http://kelam.az/article/a-2089.html